Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlama verib.
Gül CHP lideri Dəniz Baykalın fikirlərinə münasibət bildirib:
"Ötən günlərdən siyasətçilərdən biri öz partiyasının daxili hesabatları və siyasəti əsasında həyata keçirdiyi fərqli taktikalar çərçivəsində məndən də danışıb. Düzünü desəm, bu məsələləri ciddi qəbul etmirəm".
O, siyasətə qayıdacağı ilə bağlı iddialara da son qoyub:
"Siyasətə qayıtmaq fikrim yoxdur. 7 il prezident oldum və təcrübəmi ölkəmlə bölüşdüm. Türkiyənin gələcəyə baxması lazımdır".
Samir