Teleqraf.com xəbər verir ki, görüşdə bu ilin iyun ayında Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsində iqtisadi sahədə əməkdaşlıq, eləcə də iki ölkə arasında maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycan və Rumıniya hökümətlərarası komissiyasının işini tez bir zamanda bərpa etməsi məsələsinə, ticari-iqtisadi və elmi-texniki sahədə əməkdaşlıq perspektivlərinə toxunulub. Eləcə də Komissiyanın iclası çərçivəsində iş adamları üçün biznes forumun təşkili, regional enerji və nəqliyyat sahəsindəki layihələrdə əməkdaşlığın zəruriliyi vurğulanıb.