İordaniya Haşimilər Krallığı Parlamentinin sədri Atif Taravnehin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 9-da Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya parlamentinin spikeri Atif Taravnehini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.