12 May 2017 20:25
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda iki məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun

layihəsini komitə üzvlərinə təqdim edib. O bildirib ki, 16 may 2005-ci il tarixdə Varşavada imzalanmış bu sənədə Azərbaycan müvafiq qeyd-şərt və bəyanatlarla qoşulur.

Müzakirədə çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Zahid Oruc, Hikmət Məmmədov, Vüsal Hüseynov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib. Fikir mübadiləsinin yekununda Azərbaycanın milli maraqlarına cavab verən bu sənədin plenar iclasa çıxarılması məqsədəuyğun sayılıb.

İclasda gündəlikdəki ikinci məsələ barədə məlumat dinlənildikdən sonra “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə” məsələ də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Cavad


Müəllif:

Oxşar xəbərlər