16 May 2017 13:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər ki Rusiyanın yanında ermənilər var, çətin ki, bu ölkənin bizimlə münasibətləri normal olsun.

Teleqraf.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Q.Həsənquliyev xatırladıb ki, bu günlərdə bir qrup Azərbaycan hərbiçisinin erməni kəçşfiyyatına məlumat ötürməsi faktları ifşa olunub:

“Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamlı, onların istintaqında iştirak etməlidir. Bu məsələdə Rusiyanın iştirakı məsələsi də araşdırılmalıdır”.

Deputat qeyd edib ki, indi təkcə Ermənistan hərbiçiləri deyil, həm də Rusiya hərbiçiləri Azərbaycan ordusuna qarşı dayanır: “Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər