17 May 2017 14:47
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün posterini öpən yaşlı qadının hərəkəti türkləri duyğulandırdı.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Bodrum şəhərində yeriməkdə çətinlik çəkdiyi görünən yaşlı bir qadının Bələdiyyə Meydanından asılmış 60 kvadrat metr böyüklüyündəki nəhəng Atatürk posterini öpməsi ətrafdakı insanları duyğulandırıb.

Posterin ətəyində, Atatürkün sol əlinin olduğu hissəni tutaraq dəfələrlə öpən qadın bir müddət sonra oradan uzaqlaşıb.

Həmin anları bir nəfər mobil telefonu ilə çəkərək, sosial şəbəkədə paylaşıb. Görüntülər insanların marağına səbəb olub, çox sayda bəyənmə toplayıb.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər