Ekspert qeyd edib ki, bu üç ölkə strateji müttəfiqdirlər, regional inkişafda müstəsna rol oynayırlar. Üç ölkəni ümumi sərhədlərdən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir: “Üstəlik, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan üç ölkənin müdafiə sferasına cavabdeh olan şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələlərini müzakirə etməsi vacibdir”.
E.Şahinoğlu onu da bildirib ki, bundan başqa üç ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirilməsinə də ehtiyac var: “Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolunu oynamalıdır. Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.
Qeyd edək ki, bu gün Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Sonda hər üç nazirin iştirakı ilə mətbuat konfransı düzənlənilib. Mətbuat konfransında çıxış edən Gürcüstanın müdafiə naziri Levon İzoria yaxın günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.
Səxavət