24 May 2017 11:08
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 42-ci iclası başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasda terrorçuluqla və cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq.

Həmçinin, iclas iştirakçıları MDB daxilində qanunsuz miqrasiya ilə mübarizə sahəsində informasiya mübadiləsinin daha da gücləndirilməsi, eləcə də bu ölkələrdən Suriya və İraqdakı terror təşkilatlarına qoşulanların hansı marşrutlarla hərəkət etdikləri barədə fikir mübadiləsi aparacaqlar.


Müəllif: Samir

Oxşar xəbərlər