Teleqraf.com xəbər verir ki, bununla bağlı "Vaşinqton Post" nəşri amerikalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Kuşner Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyaka məxfi əlaqə kanalı yaratmağı təklif edib:
"Bu kanal Tramp ilə Putin arasında gizli məlumatların paylaşılmasına xidmət edəcək. Kuşner Kislyakla “Tramp Tover” otelində görüşüblər. Görüşdə Trampın tmilli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin də iştirak edib".
Mənbə əlavə edib ki, təklif Kislyakın kəskin narazılığına səbəb olub.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti Kuşnerin Rusiya ilə əlaqələrinin yoxlanılmasına başlayıb.