28 May 2017 13:34
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın nüfuzlu biznesmenlərindən biri, “Rusal” kompaniyasının prezidenti Oleq Deripaska ölkəsinin ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı ABŞ Konqresində komitə çərçivəsində aparılan araşdırmalara sübutlar təqdim etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Biznesmen bunun qarşılığında şəxsi toxunulmazlıq tələb edib.

Üç mənbədən qəzetə bildirilib ki, O.Deripaska ona məhkəmə araşdırmasına məruz qalmaqdan tam təminat veriləcəyi təqdirdə Nümayəndələr Palatası və Senatla əməkdaşlıq etmək niyyətindədir.

Nəşrin məlumatına görə, Konqres üzvləri təklifdən imtina ediblər. Onlar belə bir təminat veriləcəyi təqdirdə bunun Federal Təhqiqatlar Bürosunun işini çətinləşdirəcəyini vurğulayıblar.

Rusiyalı milyarderin vəkilləri hələlik informasiyanı şərh etməyiblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər