Teleqraf.com xəbər verir ki, toplantıda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının bölgə üçün əhəmiyyəti, hazırki durumu barədə fikir mübadiləsi aparılacaq. Baxımsızlıq üzündən dağılma ehtimalı olan su anbarının təhlükə mənbəyinə çevrilməsi, hər an baş verə biləcək faciənin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılacaq.