31 May 2017 10:23
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İranın konstruktiv mövqeyi hesabına Suriyada atəşkəsi saxlamağa nail olduq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Fransanın “Fiqaro” qəzetinə müsahibəsində deyib.

Putin atəşkəsin saxlanmasında Suriya hökuməti və yerli müxalifət güclərinin rolunu da vurğulayıb:

“Atəşkəsin saxlanmasında xüsusilə Türkiyə və İranın konstruktiv mövqeyini qeyd etmək istərdim. Təbii ki, Suriya hökumətini də bura əlavə etməliyəm.

Eyni zamanda atəşkəs Suriya müxalifəti olduğu iddia edilən silahlı qruplarsız mümkün ola bilməzdi. Bunlar sülhün əldə olunmasında əhəmiyyətli, ilk ciddi addım idi".


Müəllif: Mahir

Oxşar xəbərlər