31 May 2017 13:20
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüf ki, Üümumi Daxili Məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev qeyd edib ki, büdcədən ildən-ilə borclar və borc faizlərinin ödənİLməsindən narahatdır: “Dövlət zəmanəti ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir. Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın?! Eləcə də səhmdar cəmiyyətlərini özəlləşdirmək lazımdır. Dövlət xəstəxanaların saxlanılmasına 100 milyonlarla maliyyə xərcləyir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləışdirməyin vaxtı çoxdan çatıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər