3 İyul 2017 15:38
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda heç kimlə əlaqəm yoxdur. Oturmuşam evdə, baş verənləri kənardan seyr edirəm. Onsuz da hər ilin iyun ayında müəyyən adamlar Əbülfəz Elçibəylər bağlı nələrsə deyir. Artıq buna öyrəşmişik. Hesab edirəm ki, belə adamlara cavab verməmək elə ən yaxşı cavabdır.

Bunu Teleqraf.com-a Almurad Əliyev mərhum prezident Əbülfəz Elçibəy haqqında son günlər sosial şəbəkədə və mediada yazılanlarla bağlı deyib.

Almurad Əliyev əlavə edib ki, hər il iyunun 24-də mərhum Əbülfəz Elçibəylə bağlı Kələkidə bayram tədbiri keçirilir: “Bu il iyunun 24-ü orucluğa düşdüyü üçün ayrıca bir tədbir düzənləndi. Mən də Kələkiyə getmək niyyətində idim, ancaq baş tutmadı. İnşallah, Bakıda bir işim var, əgər baş tutsa, bu ayın sonlarında Kələkiyə gedəcəyəm. Onsuz da çoxdandır ki, kəndə getmirəm. Əgər işim alınmasa, daha gedəsi olmayacağam”.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkədə bir çox şəxslər Əbülfəz Elçibəyin qiyamçı polkovnik Sürət Hüseynov tərəfindən devrilməsinə münasibət bildirib, prezidenti qiyamın qarşısını almamaqda, hakimiyyəti qoyub qaçmaqda günahlandırıblar.


Müəllif: Cavad

Oxşar xəbərlər