Bu fikirləri bir neçə saatdan sonra Brüsseldə baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən politoloq Fikrət Sadıxov deyib.
Politoloq bildirib ki, bu görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsüdür: “Onlar çox istəyir ki, Brüsseldə nazirlər masa arxasında nələrisə müzakirə etsin. Ancaq müzakirə xatirinə müzakirə uğurlu nəticə verə bilməz. Çünki burada birmənalı olaraq Ermənistanın mövqeyi pislənməlidir. Ermənistan dinc əhaliyə divan tutur, körpə uşağı belə öldürür. Özü də bu vəhşiliyi Azərbaycan ərazilərində həyata keçirir. Bu halda biz Ermənistandan hansı sivil hərəkət, diplomatiya gözləyə bilərik?”.
Fikrət Sadıxov deyib ki, Azərbaycan diplomatiyası Brüssel görüşündə öz mövqeyini bildirəcək: “Azərbaycanın qəti və prinsipial mövqeyi həmin görüşdə səslənəcək. Mümkündür ki, etiraz xarakterli bəyanat da verilsin. Ermənistan başa düşməlidir ki, Azərbaycan buna biganə qala bilməz. Bu danışıqlar aparıcı dövlətlərin burada vəziyyəti stabil saxlamaq, status-kvonun qalması üçün təşkil etdiyi görüşdür. Biz bunu yaxşı anlayırıq. Şəxsən mənim bu görüşlə bağlı müsbət gözləntilərim yoxdur”.