21 İyul 2017 16:10
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E. Məmmədyarov İ. Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər