Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə münasibət bildirərkən qeyd edib:
“Qoqol demişkən, Aleksandr Makedonski qəhrəmandır, daha stulu niyə qırırsan? Lütfi Zadəyə “böyük azərbaycanlı” deyənlər, görəsən, Mirzə Cəlili, Üzeyir bəyi, Cavidi, Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, bütün həyatlarını təmənnasız olaraq Azərbaycana vermiş onlarla digər görkəmli şəxsiyyətlərimizi hansı “polkaya” qoyurlar?”.