16 Avqust 2017 11:36
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya tərəfi Moskva və Pekinin Koreya yarımadasında vəziyyətin nizamlanması üçün irəli sürdükləri və şərti olaraq “ikitərəfli dondurulma” adlandırılan planını anlayır və dəstəkləyir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel çinli həmkarı Van İ ilə telefon danışığı zamanı bildirib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Z.Qabriel Almaniyanın Çinin Koreya yarımadasında nüvə məsələsinin həllində oynadığı vacib rolu yüksək qiymətləndirdiyini vurğulayıb. O, qeyd edib ki, Berlin Şimali Koreyanın nüvə probleminin sülh yolu ilə həllini tapması üçün Çinlə əməkdaşlığa davam edəcək.

Qeyd edək ki, Rusiya və Çinin xarici siyasət idarələri Koreya yarımadası ətrafında yaranmış vəziyyətlə bağlı avqustun 15-də axşam birgə bəyanatla çıxış ediblər. Şərti olaraq “ikitərəfli dondurulma” adlanan planda Şimali Koreyaya nüvə sınaqlarına moratorium qoymağı və raket buraxılışlarından imtina etmək, ABŞ və Cənubi Koreyaya isə regionda hərbi təlimləri təxirə salmaq təklif olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər