17 Avqust 2017 17:17
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelin ünvanına tənqidlər səsləndirib.

Teleqraf.com-un məlumatına görə, türkiyəli nazir kanslerin bəyanatının uğursuz olduğunu bildirib. “Almaniya bütün Avropa İttifaqının siyasətini təkbaşına müəyyənləşdirə bilməz. Avropa İttifaqının heç bir üzvü Avropa institutlarına və Avropadakı proseslərə dair göstəriş verməməlidir”, - Çelik Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, A.Merkel Türkiyə ilə gömrük ittifaqının yaradılmasına dair danışıqların davam etdirilməsinin mümkünsüz olduğunu bildirib. Almaniyanın XİN başçısı Ziqmar Qabriel də oxşar bəyanatla çıxış edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər