ABŞ-ın müdafiə naziri Ceyms Mettis yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın bidirib.
Səfərin dəqiq tarixi açıqlanmayıb.
Öz növbəsində “Daily Sabah” qəzeti R.T.Ərdoğanın Suriya, İraq və Fələstin məsələsini müzakirə etmək üçün avqustun 21-də İordaniyaya səfər edəcəyini yazıb.