24 Avqust 2017 12:32
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) dağılır.

Teleqraf.com xəbər verir ki, partiyadan çıxarılan Meral Akşenərin yeni siyasi təşkilat qurmaq qərarından sonra çoxlu sayda MHP üzvü istefa verərək Akşenərə dəstək nümayiş etdirir.

Artıq Eskişəhərdə MHP rəhbəri vəzifəsini icra edən Oğuz Sevər və 70 MHP-çi istefa verdiyini elan edib. Onlar Meral Akşenərə dəstək məqsədilə istefa qərarına gəldiklərini bildiriblər.

Oğuz Sevər bildirib ki, Eskişəhərdə 300-dən çox MHP üzvü istefa verib. Onlar MHP-yə deyil, MHP-də tək adamın rəhbərliyinə qarşı olduqlarını elan ediblər.

Oğuz Sevər əlavə edib ki, MHP başbuğ Alparslan Türkeşdən əmanət qalıb: “Biz MHP rəhbərinin məqsədini aşan bir söz deməmişik. Rəhbərlik fövqəladə qurultay istəyən iradəni heçə saydı. MHP-dən istefalar önümüzdəki günlərdə davam edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər