28 Avqust 2017 17:01
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Türkiyə ilə siyasətinə yenidən baxır. Merkel hökumətinin bu siyasətdə dəyişikliklərə gedəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, Angela Merkel bu barədə açıqlama verməsə də, hökumətin sözçüsü Seibert bildirib ki, koalisiya hökuməti Türkiyə ilə siyasətdə dəyişikliklərlə əlaqədar yekdil mövqeyə malikdir.

Bu arada alman mediası bildirir ki, kansler Angela Merkel Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri ilə görüşdə Türkiyəyə qarşı yeni siyasətinə dəstək almayıb.

Almaniyanın İqtisadiyyat naziri Zypries xarici işlər naziri Qabriel Hermestin Türkiyəyə ixrac istiqamətində işləyən firmaların borclarını azaltma tələbinə qarşı çıxdığını deyib.

İqtisadiyyat Nazirliyinin sözçüsü Tanja Alemany bildirib ki, Xarici İşlər Nazirili ilə bu istiqamətdə razılaşma yoxdur.

Hökumət sözçüsü Seibert isə deyib ki, Türkiyə siyasətinin yenidən qurulmasının lazım olduğunu qəbul edirlər: “Hökumət yeni siyasətin Almaniya-Türkliyə iqtisadi əlaqələrinə təsirsiz ötüşməyəcəyi barədə yekdil rəydədir. Ancaq təhlükəsizlik mühiti investisiyalar üçün uyğun bir mühit deyil. Buna görə də layihələrə və dövlət yardımlarına baxırıq. Ancaq hökumət bu işin detallarını hələ dəqiqləşdirməyib”.


Müəllif: Cavad

Oxşar xəbərlər