29 Avqust 2017 10:54
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də Almaniyada Bundestaqa seçkidə 720 mindən çox türk seçici səs verəcək.

Teleqraf.com xəbər verir ki, seçkilərdə Bundestaqa 15 türk mənşəli deputatın seçiləcəyi ehtimal olunur. Hazırda Alman parlamentində türk kökənli deputatların sayı 11 nəfərdir.

Lakin budəfəki seçkilərdə türk namizədlərin sayında ciddi artım müşahidə olunur. Bununla belə, bir sıra adlar var ki, onların parlamentə daxil olması heç kimdə şübhə yaratmır.

Söhbət hazırda Merkel hökumətində nazir olan Aydan Özoğuzdan gedir. Özoğuz hazırda Sosial Demokrat Partiyasının Hamburqdan irəli sürdüyü əsas namizədidir. Həmçinin Yaşıllar Partiyasının Bavariya siyahısında üçüncü yerdə qərarlaşan Ekin Dəligöz, habelə Baden Ürttenburq siyahısında ikinci sırada olan Cem Özdəmirin deputat mandatına sahib olacağına şübhə yoxdur.

Sol Partiyanın Şimali Ren Vestfalya siyahısında olan Sevim Dağdələn, SPD-in Berlin siyahısında üçüncü sırada qərarlaşan Cansel Qızıltəpə də Bundestaqa problemsiz düşə biləcək.

SPD-nin birbaşa namizədi olan Gülüstan Yüksəl, Əlvan Qorxmaz, Mahmud Özdəmir və Nezahat Baradarın da alman parlamentinə seçilməsi sürpriz olmayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər