Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin tarixi məlum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq.
Sentyabrın 8-10-da Ərdoğan Qazaxıstana səfər edəcək və burada qazax həmkarı Nursultan Nazarbayevlə görüşəcək. Görüş zamanı liderlər iki ölkə arasında münasibətləri, Myanmada baş verən hadisələri və Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı məsələləri müzakirə edəcəklər.
Qazaxıstan səfərindən dərhal sonra Ərdoğan Bakıya gələcək.