Rusiya vә Şimali Koreya nümayəndə heyətləri Vladivostokda görüşә bilәr.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlәri Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov deyib.
Lavrov Rusiya və Şimali Koreya nümayəndə heyətlərinin Vladivostokda davam edən Şərq İqtisadi Forumunda görüşəcәyini deyib.
Jurnalistlәrә açıqlama verәn Sergey Lavrov görüşdә iqtisadi mәsәlәlәrin müzakirә edilә bilәcәyini dә qeyd edib.
Qeyd edәk ki, Vladivostokda keçirilәn Şәrq İqtisadi Forumuna 50 ölkәdәn 3500 nәfәrin qatılması gözlәnilir.