9 Sentyabr 2017 14:44
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli Nazarbəyovun xain çevriliş cəhdi zamanı ölkəmizə gerçəkləşdiyi səfəri üçün bir daha təşəkkür edirəm. Türk dünyasının ağsaqqalı Nazarbəyov türk millətinin könlündə müstəsna yer tutur. İnşallah, gələn il onu ölkəmizdə görəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı Nursultan Nazarbəyovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ərdoğan bir daha ötən il 15 iyul çevriliş cəhdindən söz açıb: "Öz xeyri üçün qan tökməkdən çəkinməyən bu qaranlıq təşkilatla qərarlı mübarizəmizi davam etdiririk. FETÖ-nü birgə yox edəcəyik. Bu prosesdə ağsaqqalımıza verdiyi dəstəyə görə təşəkkür edirik".


Müəllif: Mahir