15 Sentyabr 2017 17:24
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla mən bir-birimizə yaxın insanlarıq, çünki, biz ikimiz də Strasburq Universitetində təhsil almışıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin yeni binasının açılması bir tərəfdən universitet sahəsindəki, digər tərəfdən siyasi səylərin göstəricisidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib.

Onun sözlərinə görə, Azərbaycan-Fransız Universiteti (UFAZ) artıq innovativ mərkəzə çevirib: “Biz təhsili bütün sahələrdən üstün tutmalıyıq. Azərbaycan öz təbii sərvətləri ilə zəng ölkədirsə, Fransada belə bir deyim var ki, ən böyük zənginlik insanın özüdür. Fransa üçün Azərbaycan tərəfindən bu layihənin həyata keçirilməsi bizim üçün şərəfdir. Burada kimya sahəsinə xüsusi önəmin verilməsi olduqca əhəmiyyətlidir. Fransanın hazırda kimya sahəsində dörd nəfər Nobel mükafatçısı var və ümid edirəm ki, bu universitet ölkələrimiz arasında əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Mən Fransa şirkətlərinin bu universitetinə marağını da vurğulamaq istəyirəm. Açılış mərasimini simvolizə edən bu qırmızı lentin bir hissəsini özümlə ofisimə aparacağam və tez-tez xatırlayacağam”.

Bu il 1 UFAZ-a 43 tələbənin qəbul olduğunu xatırladan dövlət katibi ümumilikdə tələbələrin sayının 300-dən çox olduğunu vurğulayıb: “Bu isə qısa zamanda universitetinin nüfuzunun necə artmasının bariz nümunəsidir. Mən Bakıdan qayıdandan sonra Fransa Prezidenti Emannuel Makrona təhsil sahəsində Bakıda gördüklərim barədə məlumat verəcəyəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər