Milli Məclisin deputatı Əsabil Qasımov VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Stavropol şəhərinə səfər edib.
Teleqraf.com xəbər verir ki, tədbirdə sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, hər iki ölkədə turizmin inkişafına investisiyanın cəlb edilməsi amili, səhiyyə, əczaçılıq, aqrosənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr edilmiş dəyirmi masalar keçiriləcəkdir.
Deputat müzakirə edilən məsələlərin müzakirəsində fəal iştirak edəcək.