ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə görüşməyə razılıq verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tramp Yaponiya səfəri zamanı jurnalistlərə açıqlama verib.
O bildirib ki, Kim Çenlə Koreya yarımadası ətrafındakı gərginliyi aradan qaldırmaq üçün danışıqlar aparmağa hazırdır: “Mən kim olursa-olsun, oturub danışmağa hazıram. Düşünürəm ki, bu, gücün nümayişidir”.