7 Noyabr 2017 18:36
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada hakimiyyəti dəyişdirə biləcəyini açıqlayıb.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Saakaşvili bu gün Kiyevdə Ali Radanın önündə təşkil olunan aksiyada deyib.

O bildirib ki, bununla bağlı planları var:

“Bu gün onların şanslarından istifadə etmək üçün sonuncu günüdür. Əgər onlar bizim mövqeyimizə əhəmiyyət verməsələr, axşam başqa planımız işə düşəcək. Bizim axşamkı planımız nəinki 3 qanun layihəsinə, hətta bütün Kiyev hökumətinə təsir edəcək”.

Saakaşvili ukraynalıları bu gün axşam saatlarında Ali Rada önünə səsləyib.


Müəllif: Samir

Oxşar xəbərlər