Türkiyə özünün Ermənistanla sərhədlərini 24 saat kameralarla izləyəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Sərhəd Xidməti bununla bağlı müvafiq şirkətlə müqavilə imzalayıb.
Hazırda iki ölkənin sərhədində qurulan kameraların test təcrübəsi həyata keçirilir.
Türk mediası xəbər verir ki, bu addım Türkiyə-Ermənistan sərhəd xəttini daha təhlükəsizlik və etibarlı hala gətirəcək, zaman-zaman yaşanan problemləri həll edəcək.