12 Noyabr 2017 21:24
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:23

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təcili toplantı çağırıb.

Teleqraf.com xəbər verir ki, hazırda keçirilən toplantıda Baş nazir Binəli Yıldırın, Genelqurmay başqanı Hulusi Akarla görüşür.

Habertürk TV xəbər verir ki, görüşdə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu da yer alır. Toplantıda Ərdoğanın sabah Rusyaya gerçəkləşdirəcəyi səfər və Baş nazir Yıldırımın ABŞ səfərinin gündəmə gəlməsi gözlənilir.

Ərdoğanın rəsmi proqramında Baş nazir Yıldırım və Hulusi Akar ilə görüşəcəyi yer almamışdı.

21:23

Görüş üç saat davam edib. Görüş barədə mətbuata ətraflı məlumat verilməyib.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər