Türkiyədə HDP-nin sabiq rəhbəri Səlahəddin Dəmirdaş azadlığa çıxıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə onun barəsində bəraət qərarı verib.
Dəmirdaş 2015-ci il iyulun 7-də Sancaqtəpədə mitinqdə çıxışına görə 3 il həbs cəzasına məhkum edilmişdi. Ona “xalqı kin və düşmənçiliyə təhrik etmə” maddəsi ilə ittiham irəli sürülmüşdü.