28 Noyabr 2017 11:56
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Bakıya gələn Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rəhbəri Sergey Lavrov bildiyim qədər Georgi Zuyevlə bağlı Azərbaycan tərəfə çox yalvar-yaxar edibmiş.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

O qeyd edib ki, bu maraqlı və ilginc məlumatı ona Rusiya XİN-dəki etibarlı mənbələrə yaxın dostları çatdırıblar:

“Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi çox düzgün olaraq Rusiya tərəfinin bizə səfir kimi göndərmək istədiyi şəxsin namizədliyinə razılıq verməyib. Diplomatik dillə desək, Zuyevin aqremanı qəbul olunmayıb”.

Ü.Cəfərov bildirib ki, ortada çox ciddi və düşündürücü məlumatlar olması səbəbindən S.Lavrovun mənsub olduğu millətin nümayəndəsi kimi G.Zuyevin Azərbaycana məhz səfir kimi təyinatı məsələsi böyük əminliklə təxirə salınıb:

“Xatırladım ki, adı çəkilən şəxs hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktorunun müavini vəzifəsini tutur, Sergey Lavrovun ən qatı tərəfdarlarından biri kimi tanınır və ermənipərəstdir.

İnanıram ki, adı çəkilən şəxsin bundan sonra Azərbaycana səfir kimi gəlib çalışmasına ölkəmizin səlahiyyətli şəxsləri heç bir halda imkan verməyəcəklər. Üzdə bizə özünü mələk kimi göstərməyə cəhd edən Rusiyanın Azərbaycana qarşı daha bir xoş olmayan niyyətinin qarşısı, mənə elə gəlir, çox böyük ustalıqla alınıb. Yəqin ki, biz yaxın günlərdə Rusiya tərəfinin Azərbaycana səfir təyin etmək istədiyi yeni namizədin adını eşidəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər