28 Noyabr 2017 21:10
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 28-də Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər.

İranlı nazir səfər çərçivəsində Ermənistan-İran biznes-forumun açılışında iştirak edib, ölkə rəsmiləri ilə görüşüb.

İnformasiyaya əsasən, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə iranlı nazirə təşəkkür edib.

M.Zərif bildirib ki, İranla Ermənistan çox yaxşı qonşudurlar: "İranın bütün qonşularla münasibətləri yaxşı səviyyədədir"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər