Pakistanın Xarici İşlər naziri Xavaca Məhəmməd Asifin Bakıda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü başlayıb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı ikitərəfli, həmçinin regional məsələlər müzakirə edilir.
Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Görüşdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Pakistanın XİN başçısı Xavaca Məhəmməd Asif iştirak edəcək.
Pakistan və Türkiyə xarici işlər nazirləri həmçinin sabah Bakıda keçiriləcək “Asiyanın ürəyi - İstanbul prosesi”nin xarici işlər nazirlərinin toplantısında iştirak edəcəklər.