30 Noyabr 2017 13:11
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü dekabrda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş dekabrın 20-də Bakıda baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər