1 Dekabr 2017 19:29
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika Birləşmiş Ştatları regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində birgə işləməyə həmişə sadiqdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində bildirib.

ABŞ-ın Azərbaycanın “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndəki önəmli rolunu alqışladığını deyən səfir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Əfqanıstanda sülhün bərpası istiqamətindəki fəaliyyətini dəstəkləyir. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin təşviqinə verdiyi töhfəni xüsusi qeyd edib.

Robert Sekuta deyib ki, ABŞ və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri də təhlükəsizliyin təminatıdır. Hər iki ölkə Əfqanıstanla bağlı da bir sıra işlər görüb. Azərbaycan həm Əfqanıstanda, həm də regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadir olduğunu göstərir. Azərbaycan sülhməramlıları ABŞ və NATO qüvvələri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət edir. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə töhfələrini yüksək qiymətləndirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər