2 Dekabr 2017 19:01
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeddinci plenar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan parlamenti – Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.

İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.

İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda Birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.

İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər