Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyanın (HDP) 19 deputatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müraciətdə həmin millət vəkillərinin toxunulmazlığının ləğv edilməsi istənilib.
Buna səbəb kimi deputatların Türkiyə Böyük Millət Məclisində terror təşkilatının şüarlarını səsləndirməsi göstərilib.