Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir: "Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".