20 Dekabr 2017 18:38
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib.

Onun fikirləri bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda əksini tapıb.

"Azərbaycanın davamlılığı yüksəltmək, o cümlədən iqtisadiyyatın diversifikasiyası üzrə səylərini görürük. Azərbaycanda müxtəlif güclü və hərtərfəli cəmiyyət yaratmaq üçün kömək etməyə hazırıq. Dövlət idarəçiliyi və ədalətli mühakimə kimi sahələrdə islahatların aparılmasına yardımı davam etdirəcəyik. Bunlar qanunun aliliyini gücləndirəcək və Azərbaycanı investorlar üçün daha cəlbedici edəcək", - Aİ komissarı vurğulayıb. (report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər