BMT-nin Baş Assambleyasının keçirilən iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarına dair səsvermə zamanı israilli nümayəndənin hərəkətləri diqqət çəkib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsrailin BMT-dəki nümayəndəsi Danni Danon layihənin lehinə və əleyhinə səs verən ölkələrin adlarını qarşısındakı vərəqdə qeyd edib.
Qərardan sonra çıxış edən Danon BMT-nin qərarının Qüdsü İsraildən ayırmayacağını bildirib.
Qeyd edək ki, səsvermə zamanı 128 ölkə ABŞ-a qarşı çıxıb. Cəmi 9 ölkə Birləşmiş Ştatların qərarını dəstəkləyib.