22 Dekabr 2017 15:00
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krımı ilhaq etməsinin nəticəsində Krım tatarları çox ağır şərtlərlə qarşılaşıb. Türkiyə Krım tatarlarının arxasında durub və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri tatarların mənəvi lideri olaraq qəbul edilən Krım Tatar Məclisinin sabiq rəhbəri, Ukrayna Radasının üzvü Mustafa Cəmiloğlu bəyan edib.

Cəmiloğlu deyib ki, Ukrayna dövləti Krımla bağlı doğru siyasət aparır, amma bu siyasət gecikmələrlə müşahidə edilir:

“Ukrayna hakimiyyəti Rusiyanın ələ keçirdiyi Krım Yarımadasını rus hərbçiləri ortaya çıxar-çıxmaz müdafiə etməli idi. Belə bir durumda başqa nəticələr alına bilərdi”.

Krım tatarlarının mənəvi lideri qeyd edib ki, tatarlara dünyanın bir çox ölkələri əhəmiyyətli mənəvi dəstək verir:

“Lakin praktiki dəstək verən ölkə Türkiyədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər