Ukrayna hökumətinin sabiq başçısı Arseni Yaçenyukun mətbuat katibi Olqa Lappo öz Feysbuk səhifəsində patronunun İsveçrəyə səfər etməsinin ailə məsələləri ilə bağlı olduğunu və orada heç bir rəsmi görüş, tədbir keçirməyi planlaşdırmadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, O.Lappo bununla bağlı ətrafdakıları konspiroloji fərziyyələr yürütməməyə çağırıb.
Qeyd edək ki, az öncə İsveçrə hakimiyyəti A.Yaçenyuku hava limanında guya Rusiyanın sorğusu əsasında saxladığını açıqlayıb. Eyni zamanda Ukrayna Daxili İşlər Nazirliyi keçmiş baş nazirin bütün dünya üzrə sərbəst hərəkətinə heç bir maneə qoyulmadığını, o cümlədən İnterpol tərəfindən axtarışa verilmədiyini açıqlayıb.