Rusiya Mərkəzi Seçki Komissiyası 2018-ci il martın 18-də baş tutacaq prezident seçkilərində iştirak edəcək şəxslərdən daha birinin namizədliyini təsdiqləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, teleaparıcı Kseniya Sobçak rəsmən prezidentliyə namizəd olub.
Sobçak seçkilərə Rusiyanın sabiq iqtisadiyyat naziri Andrey Neçayevin rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyasından namizəd kimi qatılacaq.