Elmi kommunizmin banisi və beynəlxalq proletariatın rəhbəri sayılan Karl Marksın həyat yolu son dərəcə çətin olub. Bütün Avropa ölkələrinin mürtəce qüvvələri onu təqib edirdilər. Lakin proletar inqilabçısı kimi öz borcuna hədsiz sədaqətli olan Marks bütün sınaqlara mərdliklə dözürdü.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov özünün bloqunda bəyan edib.
O, daha sonra bəyan edib ki, bu il dahi Karl Marksın anadan olmasının 200 ili tamam olur: “Beynəlxalq kommunist və fəhlə partiyaların 2018-ci ilin “Karl Marks ili” elan edilməsi müraciətinə biz də qoşuluruq. Hər bir Azərbaycan kommunistinin, sosializm tərəfdarının 2018-ci ili “Karl Marks ili” kimi qəbul etməsi əbədiyaşar marksizmə dəyişməz inam və etimadın yeni təzahürü olacaq”.