11 Yanvar 2018 17:13
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni aksiyalarla bağlı planlarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yeni aksiyalar üçün müxalif hərəkatlarla danışıqlara başlayacağını bildirib:

“İndi hamı soruşur ki, növbəti aksiyalar nə vaxtdır? Düşünürəm ki, yeni aksiyaların gücünü artırmaq üçün başqa müxalif hərəkatlarla birləşməliyik. Hazırkı sistemə qarşı çıxa biləcək insanlar tapmalıyıq. Bunun üçün Ukrayna regionlarına səfər edəcəm”.


Müəllif: Samir

Oxşar xəbərlər