İşğalçı Ermənistanın rəhbəri Serj Sərkisyan başa düşür ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, S.Sərkisyan artıq dalana dirənib və çıxılmaz durumdadır:
“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bu ərazilərin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr var. Digər tərəfdən Sərksiyana yumşaq dövlət başçısı lazımdır ki, Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmanı əks etdirən sənədlərə imza atsın. Bu da Ermənistan cəmiyyətində real siyasi tamaşaya çevrilir. Çünki faktiki olaraq Sərkisyana həmin sənədlərə imza atacaq yumşaq siyasətçi lazımdır. Bu da Serj Sərkisyanın ssenarisidir və belə bir addıma üstünlük verir. Ona görə də, Ermənistanda siyasi sistemi dəyişməklə Sərkisyan müəyyən planlar qurur”.
E.Məmmədov S.Sərkisyanın AŞ PA-dakı çıxışının da yalan və böhtan üzərində qurulduğunu vurğulayıb:
“Bu çıxış riyakarlığın ən yüksək nümunəsi idi”.