30 Yanvar 2018 10:21
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan hökuməti iki gün əvvəl Kabildə baş vermiş terror hadisəsinə görə Pakistanı ittiham edib.

Teleqraf.com xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş inzibati binası qarşısında törədilmiş partlayış zamanı 95 nəfər ölüb, 158 nəfər yaralanıb.

Əfqan hökuməti terror hücumunu Talibana yaxın olan, Pakistan dəstəkli Hakkani şəbəkəsinin həyata keçirdiyini bəyan edib.

Rəsmi İslamabad isə Talibanı dəstəklədiyi haqda iddiaları rədd edib.

Əfqanıstan hüquq-mühafizə orqanları başqa terror hücumunun da ola biləcəyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər